Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 14 dekabr tarixində Report məlumat verib.
Hadisə rayonun II Qaralı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Əsgərov İlkin İlqar oğlu axşam saatlarında evə gedərkən onu avtomobil vurub.
Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.