Neftçala şəhərində birmərtəbəli evdə yanğın baş verib. Bu barədə 16 dekabrda Fövqəladə Hallar Nazirliyi xəbər verib.
3 otaq və aynabənddən ibarət tikilinin döşəməsi 6 kv.metr sahədə və əşyalar (divan, kreslo, televizor, kondisioner) yanıb. Yüksək temperaturdan evin aynabəndi 20 kv.metr sahədə qarsalanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb.