Bakıda narkotik satışı ilə məşğul olan qardaşlar saxlanılıblar. Bu barədə noyabrın 26-da DİN-dən bildirilib.
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağcabədi rayon sakini Təbriz Həsənovdan 7 qrama yaxın metamfetamin, 8 qramdan çox tiryək, 4 qramdan artıq heroin, qardaşı Pərvizdən isə 8 qrama yaxın tiryək aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.