Azərbaycanda qeyd ediləcək Novruz çərşənbələrinin tarixləri məlum olub.
Bu ilin ilk çərşənbəsi fevralın 21-i, axırıncı çərşənbə isə martın 14-nə təsadüf edəcək.
Belə ki, fevralın 21-də ilk - Su çərşənbəsi, fevralın 28-də Od, martın 7-də Hava (Yel), martın 14-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Qeyd edək ki, Novruz bayramı axşamı martın 20-dir.