Abşeron rayonu, Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid noyabrın 22-də APA-ya istinadən xəbər verir.
Belə ki, 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi "Sentra" markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.