Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Bu haqda noyabrın 26-da İnsanoid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Vətəndaşlar bu sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Bundan əvvəl, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, noyabrın 15-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.