Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, noyabrın 15-də isə digər bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.