Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10°, gündüz 11-13° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8°, gündüz 11-16°, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.