Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ötən sutka ərzində 7 nəfəri xilas ediblər. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 23 dekabr tarixində xəbər verir.
Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib, Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çarpılması nəticəsində zədələnmiş avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.