Şirvanda 15 yaşlı yeniyetmə özünü asaraq intihara cəhd edib. Bu barədə dekabrın 5-də APA xəbər yayıb.
Belə ki, Şirvan sakini, 2007-ci il təvəllüdlü Haxəliyev Şahin Şirvan oğlu yaşadığı Naxçıvan küçəsi, 174 ünvanında özünü asaraq intihara cəhd edib. Son anda yaxınları tərəfindən xilas edilən 15 yaşlı yeniyetmə Şirvan xəstəxanasına çatdırılaraq, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.