Paris sakini olan Jerom Begüin anti-Azərbaycan qətnaməsi ilə bağlı fikir bildirib. Bu barədə İnsanoid Azərtac-a istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
“Milli Assambleyanın qətnaməsi iki xalq arasında sülhün bərqərar olmasına mane olur. Bu gün Azərbaycanın və azərbaycanlıların yanında olmaqdan məmnunam. Azərbaycanlılar və fransızlar Milli Assambleyanın müzakirə edəcəyi və səsverməyə çıxaracağı mətnə etirazlarını bildirmək üçün buraya toplaşıblar. Azərbaycana qarşı olan bu mətn ədalətsizdir”.
Bu fikirləri Azərbaycan diasporunun Fransa Milli Assambleyasına qarşı etiraz aksiyasına qatılmış fransız Jerom Begüin müsahibəsində söyləyib.