Parisdə Senat binasının yaxınlığında Azərbaycan diasporunun nümayəndələrinin təşkil etdikləri etiraz aksiyası davam edir. Bu barədə AZfront Telegram kanalı məlumat verib.
Əraziyə polis əməkdaşları cəlb olunublar, lakin onlar aksiyaya mane olmurlar.
Buna səbəb isə odur ki, aksiya qanuni şəkildə keçirilir. Aksiyadan öncə diaspor nümayəndələri bu tədbirlə bağlı bələdiyyə orqanlarına rəsmi müraciət ünvanlayıblar.
Qeyd edək ki, aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər. Burada “Biz ədalət istəyirik!”, “Fransa, neytral ol!”, “Senat, ədalətli ol!”, “Fransa, ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirilir.
Oktyabrın 11-də Fransanın Mesopinions.com saytında xalqımız adından Fransa Senatına və xalqına ünvanlanan petisiya yerləşdirilib. İndiyə kimi petisiya 126 000-dən çox imza toplayıb.