Suraxanı rayonu, Əmircan qəsəbəsində oğurluq edən şəxslər saxlanılıblar. Bu barədə 24 dekabr tarixində İnsanoid Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbədə yerləşən şirkətin ərazisindən 4600 manat dəyərində 340 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Baloğlanov və Vüqar Tahirov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.