Bakının Xəzər rayonunda 38 yaşlı kişi özünü bıçaqla yaralayıb. Bu barədə 4 yanvar tarixində Report məlumat verib.
Türkan qəsəbəsində 1985-ci il təvəllüdlü Nəcəfov Vüsal Babakişi oğlu özünə bıçaqla xəsarət yetirib.
O, xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Nəcəfovun dediyinə görə, o özü özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.