Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 28 dekabr tarixində məlumat verir.
Paytaxtın Xəzər rayonunda avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Həsənova Afaq Əvəz qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.