Bakıda kişi arvadını bıçaqlayıb. Bu barədə 7 yanvar tarixində Report məlumat verib.
Hadisə yanvarın 6-da Nizami rayonundakı İ.Məmmədov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Quliyev Rəfail Çapar oğlu kirayə yaşadıqları evdə arvadı, 1985-ci il təvəllüdlü Quliyeva Xalidə Aslan qızına qarın nahiyəsindən 1 bıçaq xəsarəti yetirib. Daha sonra yaralı Sabunçu Tibb Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.