Bakıda tıxacın müşahidə olunduğu küçələrin adları açıqlanıb. Bu barədə İnsanoid Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 29 dekabr tarixində xəbər verir.
Qurumdan verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
- Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində.