Paytaxt yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə noyabrın 18-də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq müşahidə edilən yollar aşağıdakılardır:
- Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
- Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Neftçilər prospekti, Azneft dairəsi istiqamətində.