Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Noyabrın 29-da saat 06:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Afaq Mirzəyevanı vurub.
Piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.