Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 19 dekabr tarixində xəbər verir.
Dekabrın 19-da saat 01:00 radələrində Xətai rayonu ərazisində 3 nəfər naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan biri, 18 yaşlı Nemət Həsənov ölüb.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri keçirilir.