Şirvanda təqaüdçülərin kartlarında olan pulu ələ keçirən şəxs tutulub. Bu haqda dekabrın 1-də DİN-dən bildirilib.
Belə ki, iki nəfər bankomatların birindən pul çəkmək istəyən zaman tanımadıqları bir şəxsdən kömək istəyiblər. Lakin həmin şəxs kartlarda pul olmadığını deyərək bütün pulları ələ keçirib.
Əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Cavidan Məlikov saxlanılıb. O, törətdiyi əməli etiraf edib.
Zərərçəkənlərin ümumilikdə 540 manat pulunu ələ keçirməsi müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.