Pirallahı rayonunda qanunsuz tikintinin qarşısı alınıb. Bu barədə 10 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Bakı şəhərinin Pirallahı rayonunun “Qışlaq” deyilən ərazisində tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində, habelə müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Qanunsuz tikinti işinin qarşısı alınıb və inşası davam edən obyekt sökülüb.