Şəmkirdə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü hava limanında saxlanılıb. Bu barədə dekabrın 8-də DİN-dən bildirilib.
Noyabrın 17-də rayonun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla onun “VAZ-2016” markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub.
Hadisə yerindən yayınan həmin sürücü, Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılıb.
Araşdırma aparılır.