Prezident İlham Əliyev Rusiya Federasiyasının “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Andrey Klimovu qəbul edib.
Bu barədə 21 noyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub və perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.