Qəbələdə 12 yaşlı qız dəm qazından boğularaq ölüb. Bu barədə 19 noyabr tarixində APA məlumat verib.
Zarağan kəndində yaşayan, 2010-cu il təvəllüdlü Aylin Rüstəmova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
12 yaşlı qız xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.