Qəbələ rayonunda yanğın olub. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 17 dekabr tarixində xəbər verir.
Vəndam qəsəbəsində ümumi sahəsi 97 kv.m olan, bir dam altında bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 12 kv.m olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 30 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 35 kv.m olan çayxananın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Yaxınlıqdakı digər mağaza yanğından mühafizə olunub.