30 noyabr tarixində FHN-ə Qəbələ rayonunda dağlıq-meşəlik ərazidə naməlum şəraitdə itkin düşmüş bir nəfərin axtarışlarının aparılması üçün müraciət daxil olub.
Bu haqda dekabrın 3-də FHN-dən bildirilib.
Müraciətlə əlaqədar FHN-in xilasetmə qüvvələri axtarışlara cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.