Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə 19 dekabr tarixində APA məlumat verib.
Hadisə bu gün səhər saatlarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qeydə alınıb.
“Lada Priora” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində “Lada”nın sürücüsü, Nic qəsəbə sakini, 22 yaşlı Anar Hüseynli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.