Qəbələdə şəhid ailəsi üçün yeni ev tikilib. Bu barədə 2 yanvar tarixində Bizim.media xəbər verir.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Qəbələ şəhər sakini Elməddin Mustafayevin ailəsinə yeni tikilmiş fərdi yaşayış evi təqdim edilib. Bu münasibətlə təşkil edilən mərasimdə rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İsmayılov, Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digərləri çıxış ediblər.
Daha sonra mənzildəki şəraitlə tanışlıq olub, şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıblar.