Qanunsuz ov edən şəxslər cəzalandırılıblar. Bu barədə noyabrın 22-də Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri, Siyəzən, Xaçmaz rayonları akvatoriyasında, Mingəçevir su anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Səkkiz nəfərdən istifadəsi qadağan olunmuş ov alətləri və 620 metr uzunluğunda sintetik tor götürülüb.
Həmçinin Şabran, Biləsuvar və Neftçala rayonlarında qanunsuz ov edən şəxslər saxlanılıblar.
Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib edilib.