“Qarabağ” mövsümün ilk 13 oyununda qələbə qazanan birinci komanda olub. Bu barədə 10 noyabr tarixində Peşəkar Futbol Liqası məlumat verib.
Ağdam təmsilçisi Azərbaycan çempionatları tarixində yeni rekord müəyyənləşdirib.
Azərbaycan Premyer Liqasının III turunun təxirə salınan matçında Qurban Qurbanovun yetirmələri öz rekordlarını “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edərək rəsmiləşdiriblər.
İndiyə qədər rekord isə 1992-ci ilə 12 start qələbəsi ilə başlayan “Neftçi”yə məxsus idi.