Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxs kimi qeydə alınanların 80%-i hərbçilərdir.
Bu barədə noyabrın 30-da Report Beynəlxalq Qızıl Xaç Komitəsinə istinadən xəbər verir.
Qurumun sözçüsünün bildirdiyinə görə, 1990-cı ildən bəri 4 500 nəfər itkin düşmüş sayılır.
Ümumilikdə qeydə alınan bu şəxslərdən 3 800 nəfəri Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı və Bərdə ofisində qeydə alınıb. Bunlardan 80%-i hərbçilərdir.