Qarabağda xarici universitetin bir filialının fəaliyyətə başlaması planlaşdırılır. Bu barədə 24 dekabr tarixində APA İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıya istinadən məlumat verib.
O bildirib ki, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 197 ümumtəhsil və məktəbəqədər təhsil müəssisənin layihələndirilməsi, 8 peşə təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulub.