“Qarabağ”- “Turan Tovuz” matçından sonra Kadi Borxes şəhid övladı ilə görüşüb. Bu barədə 10 noyabr tarixində Qafqazinfo.az məlumat verib.
“Qarabağ”ın “Turan Tovuz”a qarşı keçirdiyi oyundan sonra “Qarabağ”ın futbolçusu Kadi Borxes şəhid övladı ilə görüşüb.
Yarımmüdafiəçi öz formasını Şəmkir rayonundan olan şəhid kapitan Hikmət Hacıyevin oğlu Bayrama hədiyyə edib.