Qax rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə 3 yanvar tarixində Report məlumat verib.
Hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində qeydə alınıb. Rayon sakini, 1977-ci il təvəllüdlü Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.
Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.