Qax sakinindən narkotik götürülüb. Bu barədə noyabrın 21-də DİN-dən bildirilib.
Belə ki, Dəymədağlı kənd sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın marixuana aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 1,1 kiloqram marixuana götürülüb.