Qax-Qıpçaq avtomobil yolunun Kötüklü kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. Bu barədə 9 yanvar tarixində APA məlumat verib.
Belə ki, Qax rayon sakininin idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı elektrik dirəyinə dəyib. Avtomobildə olan iki nəfər - rayonun Qarabulaq kənd sakini, 1999-cu il təvəllüdlü Şəmsəddin Təmraz oğlu Kərimov və 2002-ci il təvəllüdlü Nihad Akif oğlu Süleymanzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Ş. Kərimov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. N. Süleymanzadənin xəsarətləri yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.