Qaxda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Apa 19 dekabr tarixində məlumat verib.
Ötən gün axşam saatlarında Qax şəhəri ərazisində 53 yaşlı şəhər sakini Alberd Zurabaşvili yaşadığı evin həyətyanı sahəsində xurma ağacından yıxılıb.
Alberd Zurabaşvili hadisə zamanı aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.