Qax rayonunda avtomobil beton maneəyə çarpılıb, xəsarət alanlar var. Bu barədə 19 dekabr tarixində Report məlumat verib.
Hadisə Şəki-Qax-Zaqatala yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Qax rayon Turaclı kənd sakininin idarə etdiyi 10-BZ-075 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən Qax şəhərinin girişində quraşdırılmış beton maneəyə çarpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.