Qaxda 68 yaşlı kişi badımcan turşusundan zəhərlənib. Bu barədə 27 dekabr tarixində Lent.az məlumat verib.
Qax şəhər sakini, 68 yaşlı Nazim Məmməd oğlu Məmmədov zəhərlənmə əlamətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı onun yaşadığı ünvanda badımcan turşusundan zəhərləndiyi məlum olub. N. Məmmədova lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.