Vətən müharibəsi qazisi koronavirusdan dünyasını dəyişib. Bu barədə İnsanoid Qafqazinfo.az-a istinadən bu gün, 11 yanvar tarixində xəbər verir.
Balakən rayonunun İtitala kənd sakini Zamir Osmanov Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Oğlunun ölüm xəbərini eşidən anası, 58 yaşlı Esma Çiliyeva da qəfil ürəktutmadan həyatını itirib.
Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.