Abşeronda qanunsuz tikintilərin qarşısı alınıb. Bu barədə İnsanoidə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti Abşeron rayonunun Qobu və Saray qəsəbələri ərazisində qanunsuz tikintilər aşkarlayıb.
Müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.