Abşeron rayonunun Qobu qəsəbəsində yanğın hadisəsi baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 24 dekabr tarixində xəbər verir.
Ümumi sahəsi 170 kv.m olan kürsülü birmərtəbəli evin zirzəmisində tavan, taxtadan ibarət divar üzlüyü və ev əşyaları 40 kv.m sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət qapı və pəncərə çərçivəsi əriyib.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.