Quba-Xınalıq yolunun 36-cı kilometrliyində qar uçqunu qeydə alınıb. Bu barədə martın 25-də Report xəbər yayıb.
Məlumata görə, uçqun güclü külək nəticəsində baş verib. Buna görə Xınalıq-Quba, həmçinin əks istiqamətdə sıxlıq yaranıb.
Yolun bərpası üçün işlər aparılır.