Quba rayonunun Zərdabi qəsəbəsində “LADA” markalı minik avtomobili martın 31-də ağaca çırpılıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Xəsarət alaraq sıxılı vəziyyətdə qalan sürücü deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ağstafa rayonunun Dağ Kəsəmən kəndində martın 30-da “VAZ” markalı minik avtomobili dərəyə aşıb. Yaralanaraq sıxılı vəziyyətdə qalan şəxs deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.