Quba rayonunda kənd təsərrüfatı məhsullarının yarmarkası açılıb. Bu barədə 27 dekabr tarixində Report məlumat verib.
Yarmarka şəhərin mərkəzində yerləşən meydanda təşkil olunub.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən yarmarkada kənd təsərrüfatı məhsulları və digər tələbat malları satışa çıxarılıb.
Məlumata əsasən, yarmarkada təqdim olunan məhsullar alıcılara mövcud bazar qiymətlərindən ucuz təklif olunur.
Qeyd edək ki, yarmarka iki gün ərzində fəaliyyət göstərəcək.
[gallery link="file" size="full" ids="99463,99464,99465"]