Qusarda mağazadan oğurluq edən Bakı sakini həbs edilib. Bu barədə 19 mart tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, saxlanılan şəxs ərzaq mağazasının qapısını sındıraraq mağazadan oğurluq edib.
Həmin şəxs mağazaya girərək oradan 150 manat pul, və 708 manat dəyərində müxtəlif növ siqaretlər, alışqanlar oğurlayıb.