Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinlərini qəbul edəcək. Bu barədə noyabrın 29-da nazirlikdən bildirilib.
Qəbul dekabrın 7-də, saat 10:00-da Şirvan şəhərindəki Gənclər Mərkəzində keçiriləcək.
Nazir nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya-radio yayımı və poçt xidmətləri sahələrində əhalinin problemlərini dinləyəcək.
Qəbula yazılmaq üçün dekabrın 6-na qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.