Saatlı rayonunda avtomobil piyadanı vurub. Bu barədə dekabrın 7-də Report xəbər yayıb.
Belə ki, avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Allahyarov Vüqar Balaşirin oğlunu vurub. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib.
Müayinə zamanı ona kəllə-beyin travması və onurğa sütununun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.