Saatlıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Bu barədə noyabrın 21-də İnsanoid Report-a istinadən xəbər verir.
Hadisə rayonun Məmmədabad kəndi ərazisində qeydə alınıb. Belə ki, həmin ərazidə iki avtomobil toqquşub. Qəza nəticəsində 1958-ci il təvəllüdlü Feyziyev Nadir və 1978-ci il təvəllüdlü Cəfərova Günəş müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.